Qüdsdə terror aktı | Yenilənib

   Qüdsdə terror aktı    | Yenilənib
  08 Sentyabr 2025    Oxunub:731
Qüdsdə atışma nəticəsində ən azı 4 nəfər ölüb, 20 nəfər ağır yaralanıb, iki terrorçu zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, İsrail KİV-lərinə istinad edən Rusiyanın “Kommersant” nəşrinin məlumatına əsasən, Qüdsdə silahlı şəxslərin avtobusa hücumu nəticəsində azı 4 nəfər ölüb. Beş zərərçəkənin vəziyyəti kritik və daha beş nəfərin vəziyyəti isə ağırdır.

Smotriç: "Muxtariyyət ləğv olunmalıdır"
“Hücum edənlərdən ikisi hadisə yerində olan İsrail ordusunun bir əsgəri tərəfindən məhv edilib. Bundan başqa, hadisə yerində şübhəli predmet aşkarlanıb və orada partlayıcı maddə olub-olmaması yoxlanılır”, - “NewsRu Israel” nəşri yazır.

***************************
Atışma Ramot və İqal Yadin küçələrinin kəsişməsində qeydə alınıb.

“Magen David Adom” xidmətinin məlumatına görə, nəticədə 15 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Hücum edənlərdən ikisi yerindəcə zərərsizləşdirilib.

Polis Ramot kəsişməsində odlu silahla törədilən terror aktının mümkün olduğunu bildirir. Avtobus dayanacağında və yol kənarlarında yaralananlar var. Ərazi mühasirəyə alınıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qüds   terror  



Xəbər lenti